Hindistanda etirazçılara atəş açıldı: Onlarla ölən var

Az.shafaqna.com xəbər verir ki, Hindistanda etirazçılara atəş açılması nəticəsində onlarla insan ölüb.

Qeyd olunur ki, Hindistanın Manipur ştatında baş verən etiraz aksiyaları və polisin müdaxiləsi nəticəsində 54 nəfər ölüb.
Yerli KİV-in məlumatına görə, hərbçilərin nümayişçilərə sərt müdaxiləsi nəticəsində 54 nəfər ölüb 13 min adam ştatdan təxliyə edilərək təhlükəsiz bölgəyə aparılıb. Məlumatda mayın 3-də hərbçilərə nümayişçilərə atəş açmaları ilə əlaqədar əmrin verildiyi də önə çəkilir.
Hadisələri nəzarət altına almaq məqsədilə Manipur ştatına 10 minə yaxın əsgər və milis cəlb olunub.

Bu məqaləni paylaş