Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində son 8 gündə 39 terrorçunun da zərərsizləşdirildiyini bildirib.
Nazir Hulusi Akar Kayseridə verdiyi açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni qətiyyətlə davam etdirdiyini, İraqın şimalındakı terror yuvalarının bir-bir dağıdıldığını və terrorçuların Suriyanın şimalında yaratmaq istədiyi terror dəhlizinin məhv edildiyini ifadə edib.
Hulusi Akar deyib: “Terror bitməyib, mübarizə eyni əzmlə davam edir. Son 8 gündə 39 terrorçu zərərsizləşdirilib”.
Bu məqaləni paylaş