Macarıstan: ABŞ bizi müharibəyə sürükləmək istəyir

ABŞ səfiri Devid Pressman Macarıstanı Ukraynadakı müharibəyə cəlb etmək istəyir, lakin rəsmi Budapeşt əvvəlkitək “sülh düşərgəsi” mənsubudur.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto bəyan edib.

Mən altını cızmaq istəyərdim ki, səfir – səfirdir, göstəriş verən deyil. Ən azından, mən səfirləri digər ölkələrə ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün göndərirəm, onların özlərini yerlilərdən daha ağıllı hesab etmələri üçün yox. Digər tərəfdən də qarşılıqlı hörmətin izhar olunması da yaxşı olardı“, – deyə o qeyd edib.

Biz anlayırıq ki, cənab səfir Pressmanın fikrincə, bizim müharibə ilə məşğul olmağımız lazımdır. Hərbi propaqanda əla səviyyədədir – bu, plakatlar və bəyanatlardan da görünür. Lakin biz bunu istəmirik. Biz müharibə ilə yox, sülh ilə məşğul olmaq istəyirik. Və biz müharibə yox, sülh istəyirik. Biz başa düşürük ki, amerikalılar bizi hərbi propaqandaya, hərbi düşərgəyə sürükləmək istəyirlər, lakin biz sülh düşərgəsindənik“, – deyə macar XİN başçısı əlavə edib.

Siyyarto deyib ki, Macarıstan Ukrayna münaqişəsinin sülh ilə həllini istəyən qlobal çoxluğun bir parçasıdır.

Biz anlayırıq ki, okeanın digər tərəfindən bu, başqa cür görünür. Anlayırıq ki, onların fərqli nöqteyi-nəzərləri var. Lakin, qoy, onlar bizə bizim onlar kimi hərəkət etməyimiz üçün təzyiq göstərməyə çalışmasınlar. Biz ən mühüm məsələ ilə məşğul olmağa davam edirik – ki, sülh olsun… Ola bilsin ki, bu, digərləri üçün həqiqi olmayan problemdir, lakin bizim üçün bu, ən mühüm məsələdir“, – deyə o bəyan edib.

Xatıradaq ki, ABŞ səfirliyinin dəstəyi ilə paytaxt Budapeşt küçələrində Rusiya qoşunlarının Ukraynadan çıxarılması çağırışlı plakatlar yerləşdirilib. Siyyarto ABŞ-ı Macarıstana qarşı müstəmləkə kimi yox, suveren dövlət kimi yanaşmağa çağırıb və bildirib ki, Macarıstan müxalifətinə nə qədər dəstək verilsə də, Macarıstan hökuməti süh mövqeyindən imtina etməyəcək.

Bu məqaləni paylaş