Biləsuvarda 18 yaşlı gənc BIÇAQLANDI

Biləsuvarda 18 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək, saxlanılıb. Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Biləsuvar şəhəri ərazisində, yerli sakin, 18 yaşlı İ. İsayev bud və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb.

Bu məqaləni paylaş