Ukrayna: Kiyevdə öz PUA-mızı vurduq, çünki…

Ukrayna 4 may axşam saatlarında Kiyev səması üzərində öz PUA-sını vurub.

Az.shafaqna.com RBC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) özü bəyan edib.

Səbəb isə “Bayraktar TB” hərbi dronunun nəzarətdən çıxması olub.

Paytaxt səmasında PUA-nın nəzarətsiz mövcudluğu arzuolunmaz nəticələrə səbəb ola biləcəyinə görə mobil atəş qruplarının planının tətbiqinə dair qərar qəbul edildi. Təəssüf, lakin bu texnikadır, belə hadisələr də olur“, – deyə qeyd edilib.

Bu məqaləni paylaş