Az.shafaqna.com-un verdiyi xəbərə görə, Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyaya səfərindən sonra Niderlanda gedib.
İctimai yayımçı NOS-da yer alan xəbərə əsasən, Zelenskinin olduğu təyyarə mayın 3-də yerli vaxtla saat 22:15-də Amsterdam Şiphol hava limanına eniş edib.
Xəbərdə Zelenskinin bu gün Haaqada Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşəcəyi və “Ədalətsiz sülh yoxdur” mövzusunda çıxış edəcəyi bildirilib.
Xəbərdə ayrıca Zelenskinin Ukraynadakı müharibədə törədilən cinayətləri araşdıran Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkəcəyi məlumatı çatdırılıb.
Bu məqaləni paylaş