Bakı-Quba-Rusiya yolunun Qubanın Vladimirovka kəndindən keçən hissəsi bərbad vəziyyətdədir.
“Az.shafaqna.com” xəbər verir ki, yolun yararsız vəziyyətdə olması hər kəsi təngə gətirib.
İşlək yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinin əksər detallarının sıradan çıxmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Xəzər” TV-yə deyib ki, sözügedən yolun təmir edilməsi nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi yol əsaslı şəkildə təmir ediləcək.
Bu məqaləni paylaş