“Tərtər işi” ilə bağlı daha 4 nəfərin işi – Məhkəmədə

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər – Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

“Az.shafaqna.com” xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, bu cinayət işi üzrə daha iki qrupun işi üzrə məhkəmə araşdırması hazırda Bakı Hərbi Məhkəmədə davam edir.

Bu məqaləni paylaş