Lənkəran-Lerik yolunda baş verən avto qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Az.shafaqna.com” xəbər verir ki, hadisə ilə əlaqədar 04.05.2023-cü il tarixində saat 09:59 radələrində 2 nəfər təcili tibbi yardım maşını ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara zəruri tibbi xidmətlər göstərilib, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicələri davam etdirilir.
Vəziyyətləri stabildir.
Bu məqaləni paylaş