NATO Ukraynanın əli ilə Rusiyaya qarşı vasitəli müharibə aparır.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı bildirib.
“Biz bu gün elə bir dünyada yaşayırıq ki, orada həqiqət bir məna kəsb etmir və kollektiv Qərbin nəzarətindəki KİV-lərə insanlığazidd və başdan ayağa yalan olan istiqamət verilir, ağ qara kimi və əksinə təqdim edilir“, – deyə rusiyalı diplomat qeyd edib.
“Söz yox ki, hər şeydən öncə Ukraynadakı vəziyyəti nəzərdə tuturam; ABŞ və onun müttəfiqlərinin səyləri ilə Rusiyaya qarşı geosiyasi mübarizədə Ukraynanın rolu adi “peşka” funksiyasına bərabərdir. Bunun üçün 8 il ərzində bizim sərhədlərimizdə rus olan və bizi obyektiv şəkildə birləşdirən hər şeyə müharibə elan etmiş rusofob nasist diktatura quruldu“, – deyə Nebenzya əlavə edib.
O, vurğulayıb ki, “məsələ NATO-nun Rusiyaya qarşı vasitəli müharibəsinədək gəlib çatdı” və belə bir müharibə “bəşəriyyət üçün ən fəlakətli nəticələrə” səbəb ola bilər.
“Belə bir şəraitdə hansı etimaddan söz gedə bilər?“, – deyə o əlavə edib.