İsrail qüvvələri İordan çayının Qərb sahilində 3 fələstinlini qətlə yetirib.
Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
Belə ki, Nablus şəhərindəki evlərdən birində İsrail qüvvələrinin reydindən sonra 3 fələstinin cəsədi aşkar edilib.
Şahdlərin sözlərinə görə, İsrail qüvvələri evi mühasirəyə almışdılar, atışma səsləri və partlayış səsləri eşidilirdi.
Tibb işçiləri İsrail qüvvələri ərazini tərk edəndən sonra hadisə yerinə gəliblər.
Bu məqaləni paylaş