Azərbaycan millisi Gürcüstana qalib gəldi

Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib.

“Az.shafaqna.com” xəbər verir ki, yığma A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Bu məqaləni paylaş