Serbiyada məktəbdə atışma: Ölən və yaralananlar var

Serbiyanın paytaxtı Belqradda yeniyetmə məktəbə silah gətirərək atışma törədib.

Az.shafaqna.com xarici mətbuata istinadən xəbər verir ki, insident paytaxtın Vraçar rayonunda baş verib.

Atışma nəticəsində məktəbin mühafizəçisi həyatını itirib, 1 müəllim və bir neçə məktəbli də yaralanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, tibb işçiləri və prokurorluq nümayəndələri gəlib.

Polislər şübhəlini tutublar. O, 7-ci sinif şagirdidir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş