Politico: Avropanı quraqlıq və su üstündə münaqişələr gözləyir

Yaxın zamanda Avropa ölkələri quraqlıq və bunun da nəticəsində baş verəcək su arteriyalarına çıxış üstündə rəqabətlə üzləşə bilər.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Politico” yazıb.

Xatırladılıb ki, milyonlarla kataloniyalıya (İspaniya) xidmət göstərən əsas rezervuar tədricən tükənməkdədir. Boru suyu ilə bağlı kəsintilər yaşayan Fransanın bir sıra kəndlərində isə insanlar artıq kütləvi aksiyalara çıxmağa başlayıblar. İtaliyada ən iri çayın səviyyəsi isə keçən yay olduğu kimi aşağı düşüb.

“Bu əsnada isə suyun idarəsi və ona kimin çıxış əldə edəcəyi ilə bağlı qərar bütün (Avropa) kontigent(in)də siyasi bir problemə çevrilməkdədir”, – deyə qeyd edilib.

“TU Graz”ın araşdırma göstərib ki, Avropa hələ 2018-ci ildən bəri güclü quraqlıqdan əziyyət çəkir. Alimlərin fikrincə, hər il yeraltı sularla bağlı ciddi çatışmazlıqla başlayan qapalı dairədən xilas olmaq üçün güclü yağıntılı onillər lazımdır. Lakin sinoptiklər məyus edirlər: Avropadakı yağış miqdarı bu zaman ərzində yalnız və yalnız azalacaq.

Su resursları uğrunda mübarizə siyasi problemlər və münaqişələrə gətirib çıxara bilər. Belə ki, Almaniyanın cənubunda su ilə bağlı məhkəmə proseslərinin sayı 20 ildə iki dəfə artıb.

“Fransada isə ekoloqlar və fermerlər arasındakı su anbarlarının inşası ilə bağlı gərginlik aprel ayında şiddətli toqquşmalara səbəb olub”, – deyə qeyd edilib.

Xatırladaq ki, ötən yay Avropa bri neçə anomal istilik yaşayıb və həmin istilər Portuqaliya, İspaniya, Fransa və bir sıra digər ölkələrdə iri çayların sularının kəsin azalmasına və meşə yanğınlarına səbəb olub. Fermerlər də ciddi itkilər veriblər.

Bu məqaləni paylaş