Az.shafaqna.com xəbər verir ki, İranda Polis və ona bağlı qüvvələrin komandiri Əhmədrza Radanın karikaturasını dərc edən “Həmşəhri” qəzetinin məsul müdiri Tehran Prokurorluğunun təqdimatı əsasında Tehran Məhkəməsinin hökmülə həbs olunub.
Bu barədə Tehran prokuroru Əli Salehi açıqlama verib.
O qeyd edib ki, buna səbəb qəzetin İranda Polis və ona bağlı qüvvələrin komandiri Əhmədrza Radanın karikaturasının dərc edilməsinə görə “Fərəcə” adlı Güc strukturu təşkilatının şikayəti səbəb olub.
Təşkilatın generalın karikaturasının çəkilməsinə görə şikayət edib.
Xəbəri bütün rəsmi agentliklər yayıb.

“Fərəcə” İslam Respublikasının rəhbəri yanında kəşfiyyat təşkilatıdır və İran İslam Respublikasının Hüquq-Mühafizə Komandanlığına bağlıdır və məlumat, rabitə və sənədlərin monitorinqi və nəzarəti üçün cavabdehdir. Bu təşkilatın rəhbəri birbaşa İslam Respublikasının rəhbəri tərəfindən təyin edilir.