Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Küveytin yeni əmiri şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah özünün xələfinin adını açıqlayıb.

Vəliəhd şahzadə olaraq əmirin 80 yaşlı kiçik qardaşı Məşal əl-Əhməd əl-Cabir əs-Sabah təyin edilib.

Qeyd edilir ki, Milli Qvardiyanın komandan müavininin namizədliyini hakim ailənin bir neçə üzvü dəstəkləyib.

Xatırladaq ki, Küveytin 91 yaşlı əmirinin vəfatından sonra 83 yaşlı yeni hökmdar taxta keçib.