
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” Xankəndinin merinin müavini Suren Tamrazyan bildirib ki, şəhər əhalisinin 30-40%-i artıq şəhəri tərk edib.
O, əlavə edib ki, digər yerlərdən qaçan çox sayda erməni də Xankəndiyə gəlib.
Tamrazyan Xankəndiyə gələnlərin sayı barədə məlumatının olmadığını deyib.






























