Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan prokurorluğu Keşikçidağ məbədi (David Qareci məbədi) ilə bağlı cari işin araşdırması çərçivəsində 2 nəfəri tutub.

Bu barədə Gürcüstan prokurorluğu məlumat verib.

Söhbət, Gürcüstan XİN-in Həmsərhəd Ölkələr Departamenti Sərhədyanı Münasibətlər Xidmətinin rəisi İ.M. və Gürcüstan DİN-in Sərhəd Polisinin Quru Sərhədlərinin Mühafizəsi Departamentinin Baş inspektoru N.İ.-dən gedir.

Məlum məsələ ilə bağlı araşdırma bu ilin 17 avqustunda başlayıb.

Gürcüstan Cinayət Məcəlləsinin 308-ci maddəsinin birinci hissəsi əsasında istintaq aparılır.

Xatırladaq ki, 2019-cu il iyul ayında Gürcüstan-Azərbaycan sərhədində gürcü fəalların Azərbaycan sərhədçilərinə hücum etməsi ilə bağlı insident yaşanıb.