Avropanın yarısı və Polşa müxalifəti Rusiya ilə münasibətləri yoluna qoymaq istəyir.
Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski bəyan edib.
“Onlar (Polşanın siyasi rəqibləri – red.) maraq qruplarının əsiridir, həmin qruplar yalnız Ukraynada(kı müharibəyə) mümkün olduğu qədər tez son qoymaq və Rusiyanın müştərisi olaraq onunla iş görməyə davam etmək barədə düşünürlər”, – deyə o qeyd edib.
Qlinski Polşanın keçmiş baş naziri Donald Tusku Avropa İttifaqındakı (Aİ) işindən sonra “Almaniya-Rusiya layihəsinin” – “Şimal Axını” qaz borusunun xilası üçün Polşaya geri dönməkdə ittiham edib.
Xatırladaq ki, “Şimal Axını” və “Şimal Axını – 2” qan borularındakı 4 xətdən 3-nü 2022-ci ilin sentyabr ayında partladılıb. Kreml bunu dövlət terroru kimi səciyyələndirib. Məsələnin araşdırılması hələ də başa çatmayıb, araşdırmanı 3 ölkənin – Danimarka, İsveç və Almaniyanın istintaq orqanları aparır. Rəsmi Moskvanın araşdırmaya qoşulmasına imkan verilməyib.
2023-cü il fevral ayında məşur jurnalist Seymur Xerş həmin diversiyada ABŞ-ın əlinin olduğunu bildirib. Onun məlumatlarına görə, ABŞ dalğıcları hələ 2022-ci il iyun ayında Baltika dənizində qaz borularına iki bomba yerləşdirmişdi, bomba isə sentyabrda norveçlilər tərəfindən aktivləşdirilib.
ABŞ tərəfi jurnalistin sözlərini təkzib edib.
22 apreldə analitik Cerald Hayman deyib ki, ABŞ və onun müttəfiqləri, o cümlədən də Ukrayna müharibədən sonra Rusiya ilə münasibətləri yoluna qoymalıdır. O vurğulayıb ki, siyasətçilərin Rusiya ilə əlaqələrin tam kəsilməsi ilə bağlı sözləri ciddi xətadır və belə bir ritorikanı uzaqgörən adlandırmaq olmaz.
Bunadək isə, 9 martda Macarıstan Baş naziri Viktor Orban bəyan edib ki, Ukraynadakı münaqişədən sonra Rusiya-Avropa münasibətlərini bərpa etmək lazımdır.