III Karlın tacqoymasında nə qədər insan iştirak edəcək?

Böyük Britaniyanın yeni kralı III Karlın tacqoyma mərasimində 203 ölkədən olan 2,2 mindən çox insan iştirak edəcək.

Az.sahfaqa.com “Kommersant”-a istinadən xəbər verir ki, tədbiri təxminən 100 dövlət başçısının ziyarət edəcəyi gözlənilir.

Bu barədə Bukingem sarayından məlumat verilib.

Bundan başqa, daha təxminən 400 nəfər də Müqəddəs Marqarita kilsəsindən mərasimi izləyəcək.

Qeyd edilib ki, ölkə başçıları və kral ailəsindən başqa tacgüzarlıq tədbirində parlament üzvləri, kilsə nümayəndələri, diplomatlar, həmçinin Nobel premiyası laureatları və digər qonaqlar da iştirak edəcək.

Xatırladaq ki, kraliça II Yelizaveta 2022-ci il 8 sentyabrda Balmoraldakı özünün Şotland iqamətgahında 97 yaşında ölüb.

III Karlın tacqoyma mərasimi 2023-cü il 6 mayda baş tutacaq.

Bu məqaləni paylaş