Şoyqu: Ukrayna ordusu apreldə 15 min nəfər itki verdi

Ukrayna orducu cari ilin aprel ayında 15 min çox canlı qüvvəsini itirib.

Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Qərb ölkələri tərəfindən (Ukraynaya) edilən misiliz hərbi yardıma baxmayaraq, düşmən ciddi itkilər verir. Təkcə ötən ay ərzində onlar 15 mindən çox insan itiriblər“, – deyə o qeyd edib.

Rusiyalı nazir deyib ki, sözügedən dövr Ukraynaya Qərb tərəfindən verilən “8 təyyarə, 277 PUA, 430 tank və digər zirehlı döyüş maşını, 18 reaktiv yaylım atəşi sisteminin döyüş maşını, 255 səhra artilleriyası və minaatan qurğu” məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Qərbin tədarük etdiyi silahları məhv etməyə davam edirik“, – deyə Şoyqu əlavə edib.

Bu açıqlamanın fonunda isə ABŞ tərəfi Ukrayna ordusunun itkilərinə adir məlumatları dərc etməyi planlaşdırmadığını bəyan edib, çünki bu məlumat Ukraynadakı vəziyyəti çətinləşdirə bilər.

Ağ Evdən vurğulanıb ki, rəsmi Kiyev istəsə, özü həmin məlumatları açıqlaya bilər.

Bu məqaləni paylaş