Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq Qarabağa şamil edilmir.

Bu öhdəliklər təhlükəsizliyin təminatı planındadır. Yəni əgər KTMT-a üzv ölkə hər hansı bir təcavüzə, kənardan hücuma məruz qalarsa, bu halda müqavilənin iştirakçı ölkələrinin belə bir dövlətin müdafiəsinə qalxmaq öhdəlikləri var”, – deyə Peskov jurnalistlərin söhbətin hansı öhdəliklərdən getməsi sualının cavabında bildirib.

O deyib ki, Qarabağdakı münaqişə zonasına hərbçilərin göndərilməsi KTMT öhdəliklərinə daxil deyil.

Bu halda söhbət Ermənistandan gedir, prezident (Putin) aydın şəkildə bu iki məsələni izah etdi və ayırdı. KTMT öhdəlikləri Qarabağa aid deyil”, – deyə Peskov əlavə edib.

Bundan başqa, Peskov Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişənin Qarabağ hüdudlarından kənara çıxmasını da təsdiq etməyib.

Xeyr, belə bir məlumat təsdiq edilmir”, – deyə Peskov jurnalistlərin sözügedən münaqişənin Qarabağ hüdudlarından çıxıb-çıxmaması sualının cavabında qeyd edib.