Pərviz Şahbazov Azərbaycan-Aİ yüksək səviyyəli enerji dialoqunun görüşündə iştirak edəcək

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək Azərbaycan – Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşündə iştirak edəcək.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, P. Şahbazov Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.

Görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

Bu məqaləni paylaş