Abşeronda üç maşın yanıb, ölən var

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində üç minik avtomobilinin yanar hissələri yanıb.

“Az.shafaqna.com” xəbər verir ki, FHN-dən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobillərdən birində aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bu məqaləni paylaş