Roma Papası Ukrayna və Rusiyaya səsləndi

Roma Papası Fransisk Ukrayna və Rusiyanı həmlədən imtina etməyə və danışıqlar masası ətrafında əyləşməyə səsləyir.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, o, danışıqların təşkili üçün Moskva və Kiyevə öz nümayəndələrini göndərməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri öz istəklərinə yalnız dialoq vasitəsilə çata bilər, döyüş meydanında buna nail olmaq olmaz. Danışıqlar hər iki tərəf üçün irəliləyişə səbəb olacaq.

Roma Papası bildirib ki, tərəflərin istəyi olarsa, istənilən zaman öz elçiləri Ukrayna və Rusiya paytaxtlarına göndərə bilər.

Bu məqaləni paylaş