İmam Əli (ə) ziyarətgahında “İmam Rza (ə) qapısı”nın açılışı

Az.shafaqna.com xəbər verir ki, Nəcəfdə İmam Əli (ə) ziyarətgahına “Qiyamət Qapısı” adı ilə məşhur olan qapı təmirdən sonra yeni adla zəvvarların üzünə açılıb.

Məlumata görə, “İmam Rza (ə) qapısı” adı ilə yeni açılan giriş qapısı təntənəli şəkildə zəvvarlara təqdim olunub.

Bu mərasimdə İmam Əli (ə) ziyarətgahının rəsmiləri, ruhaniləri və xidmətçiləri, həmçinin şəhər meriyasının rəsmiləri və zəvvarlar iştirak ediblər.

 

Bu məqaləni paylaş