Baş Prokurorluq mina partlayışı ilə bağlı məlumat yayıb.
“Az.shafaqna.com”-un xəbərinə görə, qurumdan bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Əlavə məlumat veriləcəkdir.
Bu məqaləni paylaş