Səfər ayının 20-i “Ərbəin” günüdür. İmam Hüseynin (ə) və səhabələrinin şəhadətinin 40-cı günü olaraq qeyd edilir. Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır. Bu ziyarət Kərbəla hadisəsindən 40 gün sonra – Ərbəin günündə baş verib. Ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak edib.

Rəvayətlərə görə, ümumiyyətlə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı var.

Hər il bu yürüş “eşq səfəri”  adlandırılaraq Nəcəf və digər şəhərlərdən baş tutur.

Ərbəin mərasimi İmam Hüseyn (ə) tərəfdarlarının görüş yeridir.

Bu günlərdə insanlar zəvvarlara xidməti böyük savab bilirlər.

Kimiləri əllərində meyvə, kimiləri ehsan yeməklər verirlər.

Ərbəin yürüşü izdiham və insan kütləsilə müşaiyyət olunur.

Ərbəin mərasiminin sonu Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahında başa çatır.

Bu il pandemiyaya görə xaricdən  bu möhtəşəm yürüşə icazə verilməyib.

Lakin iraqlıların bu yürüşə qatılmaları Ərbəinin izdihamını saxlaya bilmişdir.