Vuçiç: Serbiya NATO-ya qoşulmayacaq, hərbi neytral qalacaq

Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç öz dövlət başçısı mandatının sonunadək rəsmi Belqradın öz hərbi neytrallığını qoruyub saxlayacağına zəmanət verir.

Bu gün Serbiya öz siyasətini, öz sərbəst, müstəqil və azadlıqpərvər siyasətini yürüdən nadir ölkələrdən biridir. Ona görə də siz Serbiyanın hərbi-neytral olmasını istəməyənlərin, NATO-ya və ya digər kiməsə birləşməsini istəyənlərin hər tərəfdən təzyiq etməyə başlamasını görürdünüz. Nə qədər ki, mən dövlətin prezidentiyəm, – bu isə daha 4 il olacaq, – ali baş komandan kimi sizə zəmanət verirəm ki, Serbiya NATO-ya və ya digər hərbi bloka daxil olmayacaq“, – deyə o qeyd edib.

Serbiya öz hərbi neytrallığını qoruyacaq və öz azadlığını özü qoruyacaq. Bu, bizim seçimimizdir“, – deyə Vuçiç vurğulayıb.

Xatırladaq ki, 2007-ci il parlament qətnaməsinə əsasən, rəsmi Belqrad hərbi neytallıq mövqeyindən çıxış edir, həmçinin NATO-nun “Sülh naminə həmkarlıq” proqramının iştirakçısıdır.

Bu məqaləni paylaş