Baydenin reytinqi rekord həddə enib – SORĞU

ABŞ prezidenti postunda Co Baydenin işinin təqdir edilməsi reytinqi rekord həddə aşağı düşüb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, buna “Gallup” araşdırma şirkətinin keçirdyi sorğunun nəticələri dəlalət edir.

Araşdırmaya əsasn, Ağ Evin hazırkı başçısının reytinqi rekord 37%-ə enib.

“Gallup”-dan xatırladılıb ki, son 1,5 il ərzində siyasətçinin reytinqi 40 faiz səviyyəsində qalırdı. 2022-ci ilin iyul ayı isə istisnavi oldu – həmin ay Baydenin dəstək səviyyəsi 38 faizədək endi.

Qeyd edilib ki, təşkilatın son sorğusu 2023-cü il 3 apreldən 25 aprelədək keçirilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş