Fransa səfiri ANAMA sədri ilə ərazilərin minalardan təmizlənməsini müzakirə edib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon ANAMA sədri Vüqar Süleymanovla görüşüb.

“Az.shafaqna.com” xəbər verir ki, səfir bu barədə tviterdə yazıb.

O bildirib ki, tərəflər əməkdaşlığın növbəti addımlarını müzakirə ediblər.

Səfir xatırladıb ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın dünən Azərbaycana səfəri zamanı ərazilərin minalardan təmizlənməsinə dəstək ifadə olunub.

Bu məqaləni paylaş