Rayon polis şöbəsinin rəisinə yeni müavin təyin edilib

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.

“Az.shafaqna.com” xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.

O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.

Bu məqaləni paylaş