
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, “Samsung Galaxy” xəttinin yeni flaqmanının qiyməti rekord həddə olacaq.
Jurnalistlər qeyd edir ki, ilkin şayiələrə əsasən, “Galaxy Note 20” seriyasından olan smartfonların qiyməti 999 dollardan başlayacaq.
Bu model, satış regionundan asılı olaraq, “Snapdragon 865+” və ya “Exynos 992” prosessorları ilə təmin ediləcək.
“Note” xəttinin aktual flaqmanları isə “Galaxy Note 10” və “Note 10+” hesab edilir.






























