Az.shafaqna.com 1tv-yə istinadən xəbər verir ki, Gürcüstan Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İsveçə səfəri çərçivəsində, İsveç parlamentinin sədr müavinləri Yuliya Kronlid və Şerstin Lundqren, İsveç Parlamentinin Gürcüstanla dostluq qrupunun rəhbəri Qudrun Brungord ilə və qrup üzvləri ilə görüş keçirib.
Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşlərdə Gürcüstanın Avropaya inteqrasiyası, Avropa İttifaqının təqdim etdiyi tövsiyələrin icrası prosesi və həyata keçirilən islahatlar müzakirə olunub. Söhbətdə Rusiyanın Ukraynada davam edən təcavüzü və onun Avropa təhlükəsizliyinə təsirinə də toxunulub.
Tərəflər Gürcüstanın işğal olunmuş rayonlarında mövcud vəziyyəti və Rusiyadan gələn təhlükələri müzakirə ediblər.