Bakıda ana və 8 yaşlı övladını avtomobil vurub

Bakının Xətai rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Az.shafaqna.com” xəbər verir ki, Babək prospektində avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Aktyanova Kamilla Ruad qızı və onun azyaşlı övladı 2015-ci il təvəllüdlü Z.D.-ni vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bu məqaləni paylaş