Az.shafaqna.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri Polad Bülbüloğlu və Vaqarşak Arutyunyan cümə axşamı Qarabağda, o cümlədən “Laçın dəhlizi”ndə vəziyyətin inkişafını müzakirə ediblər.
Bu barədə TASS Rusiya XİN-ə istinadən məlumat yayıb.
XİN-dən bildirilib ki, söhbət zamanı “Laçın dəhlizi” və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
O da bildirilir ki, görüş zamanı tərəflər “2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair” bütün razılaşmalarına əməl etməyin vacibliyini bir daha təsdiqləyiblər.
Bu məqaləni paylaş