Az.shafaqna.com-un verdiyi xəbərə görə, İngiltərə qanunvericiləri tənqidçilərin “beynəlxalq hüququ pozdu”ğuna dair iddialarına baxmayaraq, mühacirlərin Böyük Britaniyada sığınacaq axtarmaq hüquqlarını məhdudlaşdıran qanun layihəsini qəbul etdi.
“Qeyri-qanuni immiqrasiya qanunu” layihəsi parlamentin aşağı palatası tərəfindən əleyhinə 230, lehinə 289 səslə qəbul edilib.
Qanun layihəsi İcmalar Palatasından Lordlar Palatasına gedəcək. Etirazla qarşılaşacağı gözlənilir. Parlamentin seçilməmiş bu yuxarı palatası qanunda dəyişiklik edə və ya onu gecikdirə bilər, lakin mane ola bilməz.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu qanun layihəsini özünün 5 əsas prioritetindən biri hesab edir. O 2022-ci ildə “hökumətdən sığınacaq istəyənlərin Böyük Britaniyaya vizasız və ya xüsusi icazə olmadan gəlməsini cinayət” sayıb.
Qanun qəbul edildikdən sonra qeyri-qanuni yollarla Böyük Britaniyaya gələnlərin istəkləri ləğv olunacaq və onlar vətənlərinə, yaxud Ruanda kimi təhlükəsiz üçüncü ölkəyə deportasiya ediləcəklər.
Bundan başqa, Böyük Britaniyaya vizasız və ya xüsusi icazə olmadan gələn hər kəsin ölkəyə yenidən girişi qadağan olunacaq.
Tənqidçilər və bəzi xeyriyyə təşkilatları hesab edir ki, qanun qeyri-praktik və qeyri-etikdir, qaçqınları azğınlaşdıracaq.