Gürcüstan əhalisi 2022-ci ildə artıb – ƏN SON STATİSTİKA

Gürcüstan əhalisi, 2023-cü il 1 yanvara olan məlumata əsasən, 3 milyon 736,4 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% çoxdur.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən (“Sakstat”) məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə əhalinin mənfi təbii artımı (6 799 nəfərlik azalma) və mənfi miqrasiya saldosu (54 509 nəfər) qeydə alınmışdı.

Ən son statistik məlumatlara görə, Gürcüstan əhalisinin 60,4%-i şəhərlərdə yaşayır. Bundan başqa, paytaxt Tbilisi əhalisi bütün ölkə əhalisinin təxminən 1/3-ni təşkil edir.

Əhalinin yaş həddinə gəlincə isə, 0-14 yaş aralığındakı şəxslər ölkə əhalisnin 20,7 faizini, əməkqabiliyyətli – 15-64 yaş aralığındakı şəxslər isə 63,8 faizini, 65 və yuxarı yaş həddindəki şəxslər isə 15,6 faizini təşkil edir.

Kişilərin sayı 1 milyon 793,8 min nəfər, qadınların sayı sə 1 milyon 942,5 min nəfər təşkil edir. Yəni əhali 48%-ni kişilər, 52%-i isə qadınlardır.

Qeyd etmək lazımdır ki, 35 yaşadək olan kişilərin sayı bu yaş qrupundakı qadınların sayından çoxdur, 35 yaşdan yuxarıda isə əksinədir ki, bu da kişilərlə müqayisədə qadınların daha çox ömür sürməkləri ilə əlaqədardır.

2021-ci illə müqayisədə, 2022-ci ildə həyatın davamiyyəti 2,3 vahid artaraq 73,7 il olub. Kişilər ortalama 69,4 il, qadınlar isə 78,1 il yaşayırlar.

2023-cü il 1 yanvara olan vəziyyətə əsasən, Gürcüstan əhalisinin orta yaşı 38-dir.

Bu məqaləni paylaş