
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya və Çin ABŞ-ın hərbi üstünlüklərini sarsıtmaq istəyir.
Bu barədə ABŞ müdafiə naziri Mark Esper danışıb.
“Hazırda qarşımızda duran problem aydındır. Hərbi qüdrətcə bizə yaxın rəqiblər, məhz Çin və Rusiya, sürətlə öz silahlı qüvvələrini müasirləşdirərək bizim uzunvədəli üstünlüklərimizi sarsıtmağa və güc balansını öz xeyirlərinə dəyişmək istəyir”, – deyə o, Pentaqonun müasirləşdirmə sahəsindəki prioritetləri barədə danışarkən bildirib.
Esper qeyd edib ki, Moskva və Pekin bunu müxtəlif yollarla, o cümlədən də yüksək dəqiqliyə sahib uzaq mənzilli silah, məhdudlaşdırıcı və qadağanedici sistemlər, həmçinin “bizim qüvvələrimizə əks-təsir göstərmək üçün hazırlanan digər asimmetrik imkanlar” vasitəsi ilə etmək istəyir.
Xatırladaq ki, ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mettis 2018-ci ildə bəyan etmişdi ki, ABŞ-ın o zamankı yeni milli müdafiə strategiyası Rusiya və Çin ilə uzun müddətli rəqabətə yönəlib.






























