Bakıda restoranda 18 yaşlı oğlan bıçaqlanıb

Bakıda restoranda 18 yaşlı şəxs bıçaqlanıb.

“Az.shafaqna.com”un xəbərinə görə, hadisə aprelin 26-sı saat 23 radələrində Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “White Palace” restoranında qeydə alınıb.

Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğluna sol döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək restorandan qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P. Salmanov saxlanılaraq polisə təhvil verilib.

Hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu məqaləni paylaş