Vali: Ayətullah Süleymaninin qətli terror aktı deyil – VİDEO

Dünən sui-qəsd nəticəsində öldürülən iranlı ayətullahla bağlı cinayət işinin ilkin detalları açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, İranın Mazandaran ostanının Babülsər şəhərində Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaniyə qarşı sui-qəsdlə bağlı Mazandaran valisi Seyid Mahmud Hüseynpur açıqlama verib.

O qeyd edib ki, hücum edən şəxsin Ayətullah Süleymani haqqında dəqiq məlumatı olmayıb və məqtul bank işləri ilə məşğul olmaq üçün banka gedibmiş:

“Bank mühafizəçisi əlindəki avtomat silahı ilə Ayətullah Süleymaniyə atəş açıb, bu terror aktı deyil.”

Bu məqaləni paylaş