Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Əfqanıstanın Sari-Pul və Bəlx əyalətlərində 275 “Taliban” terrorçusu silahı yerə qoyaraq təslim olub.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin rəsmisi Fəvad Aman məlumat verib.

Onun sözlərinə görə, 150 terrorçu, o cümlədən də 15 səhra komandiri Sari-Pul əyalətində təslim olub.

Bəlx əyalətində isə 125 “talib” silahını yerə qoyub.

Qeyd edilir ki, terrorçular bir daha döyüşlərdə iştirak etməyəcəklərinə dair söz veriblər.