
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan Qarabağdakı münaqişə ilə bağlı güzəştə getməyə hazırdır.
“Münaqişələr qarşılıqlı güzəştlər əsasında həll edilməlidir. Dağlıq Qarabağ hazırdır, Ermənistan da Azərbaycanın hazır olacağı qarşılıqlı güzəştlərə hazırdır”, – deyə o bildirib.
Xatırladaq ki, ötən gün Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında qurulan qondarma Dağlı Qarabağ rejiminin “paytaxtı” Xankəndinə gəlmişdi.






























