Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir Türk vətəndaşı Əl Əqsa məscidində İsrail polisi tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə fanatik yəhudilərin səhər saatlarında İsrail polisinin himayəsi altında işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqını zamanı baş verib.
Məlumata görə Özgecan Mutlu fanatik yəhudi məskunlaşmaçıların basqını zamanı Əqsadakı Rəhmət Məscidində Quran oxuduğu əsnada İsrail polisi tərəfindən saxlanıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Lakin Türk vətəndaşı artıq sərbəst buraxılıb.
Bu məqaləni paylaş
