
Az.shafaqna.com “Global Times”-ə istinadən xəbər verir ki, Çinin Quyçjou əyalətində avtobus su anbarına düşüb.
Hadisə nəticəsində 21 nəfər dünyasını dəyişib, 15 nəfər isə xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Həmin avtobus məktəbliləri daşıyırdı.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hazırda xilasedicilər avtobusu sudan çıxarıblar.






























