Az.shafaqna.com “IslamToday”-a istinadən xəbər verir ki, 7 iyuldan etibarən Dubay yenidən xarici turistləri qəbul etməyə başlayır.

Üstəlik, Dubaya gələn hər bir şəxs koronavirus testinin mənfi olmasına dair sənəd təqdim etməli və ya hava limanındaca testdən keçməlidir. Əgər turistin testi müsbət çıxarsa, o, 2 həftəlik karantinə göndəriləcək.

Ölkədən kənarda olan BƏƏ vətəndaşları da Dubaya geri qayıda bilərlər. Onlar da turistlər kimi eyni proseslərdən keçməlidirlər.