
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin qərbində İzmir əyalətinin sahilində 276 qanunsuz miqrantı daşıyan gəmi saxlanılıb.
İzmir polisinin məlumatına görə, gəmidəki yoxlama Narlıdərə rayonu sahillərində keçirilib.
Qeyri-qanuni mühacirlər Türkiyə vətədanşları deyil və onlar gəminin isti və boğanaq anbarında gizlənirdi.
Saxlanılanlar arasında 46 qadın və 59 uşaq da var.
Avropaya qanunsuz mühacirlərin göndərilməsinə görə 8 nəfər saxlanılıb.






























