Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, İraqın Ərbil şəhərində xaricə göndərilmək üçün nəzərdə tutulan 40 kq narkotik müsadirə edilib.

Narkotiklərlə mübarizə idarəsinin məlumatına görə, kəşfiyyat məlumatlarının əldə edilməsindən sonra 4 nəfər həbs edilib.

Bildirilir ki, İraqın Kürdüstan muxtar bölgəsi qeyri-qanuni daşınma üçün tranzit olaraq istifadə ediləcəkdi.

Xatırladaq ki, bir gün öncə də Ərbildə narkotik taciri tutulmuşdu. Onun üzərindən çox həcmdə narkotik və 4 tapança müsadirə edilib.