Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 958-ə çatıb, onlardan 838 nəfər sağalıb, 15 nəfər ölüb. Karantin rejimində 3903 vətəndaş, xəstəxanalarda isə 202 nəfər müalicə alır.