Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bildirib ki, əgər epidemioloji vəziyyət ağırlaşarsa, şübhəsiz ki, onlayn-təhsil rejimi davam edəcək.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə tədbirlərin yaxşılaşdırılması üzərində işləyir.

Gürcüstanın artıq onlayn-təhsil təcrübəsinə sahib olduğunu deyən Tikaradze qeyd edib ki, əgər bugünkü epidemioloji vəziyyət qalarsa, “biz təhsil prosesini bərpa edəcəyik”.